Bank Of Baku

BMT ekspertləri: “Mərkəzi və Şərqi Avropa ölkələrində gənclərin 33,6 faizi nə oxuyur, nə işləyir”

BMT ekspertləri: “Mərkəzi və Şərqi Avropa ölkələrində gənclərin 33,6 faizi nə oxuyur, nə işləyir”
# 09 fevral 2008 10:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu məlumat BMT-nin gənclərin problemləri və imkanlarına dair yeni məruzəsində əksini tapıb. Məruzədə bildirilir ki, hazırkı gənclər bəşəriyyət tarixində ən savadlı gənclərdir, lakin 15-24 yaşında onlar əvvəlki kimi yoxsulluq və işsizlik problemi ilə üzləşir. Müəlliflərin fikrincə, Afrika, Şərqi Avropa və MDB ölkələri gənclərinə ən ciddi təhlükə QİÇS virusudur. Şərqi Avropa və MDB-də HİV infeksiyasına yoluxanların 80 faizi 30 yaşına qədər gənclərdir. Ukraynada HİV-ə yoluxanların 25 faizinin yaşı 20-dən aşağıdır. BMT ekspertləri qeyd edirlər ki, dünyanın əksər ölkələrində gənclər arasında işsizlik əhali arasındakı ümumi işsizlik faizindən xeyli yüksəkdir. Mərkəzi və Şərqi Avropa ölkələrində gənclərin 33,6 faizi nə oxuyur, nə işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR