Bank Of Baku

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala sakini tutulub

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala sakini tutulub
# 10 fevral 2008 08:46 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinini həbs edib. Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Səbuhi Cəfərovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, polis bölməsinə daxil olan məlumat əsasında aparılan əməliyyat nəticəsində rayonun Yuxarı Tala kənd sakini Fərhad Əfəndiyevin üzərindən 8 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı F. Əfəndiyevin saxlanıldığını vurğulayan bölmə rəisi onun barəsində cinayət işinin qaldırıldığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR