Bank Of Baku

Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış təyyarəsinin qalıqlarının və pilotların axtarışı nəticə verməyib

Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış təyyarəsinin qalıqlarının və pilotların axtarışı nəticə verməyib
# 11 fevral 2008 07:51 (UTC +04:00)
Bakı.Rəşad Süleymanov-APA. Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər dənizi üzərində qəzaya uğramış “MiQ-29” markalı döyüş təyyarəsinin qalıqlarının və pilotların axtarışı nəticə verməyib. Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı mayor İlqar Verdiyev məlumat verib. İ. Verdiyevin sözlərinə görə, hava şəraitinin pis keçməsi və bununla əlaqədar yaranmış çətinliklərə baxmayaraq axtarış işləri davam etdirilir. Axtarışlara Müdafiə Nazirliyi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Sərhəd Qoşunları və Dövlət Neft Şirkətinin gəmiləri də cəlb olunub.
Qeyd edək ki, yanvarın 29-da Xızı rayonunun Şurabad kəndi yaxınlığında qəzaya uğramış təyyarənin hər iki pilotu Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR