Bank Of Baku

Lənkəranda yol qəzası baş verib

Lənkəranda yol qəzası baş verib
# 11 fevral 2008 08:43 (UTC +04:00)
Lənkəran.Ağaddin Babayev-APA. Lənkəranda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakinləri Xalid Həbibovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BJ 684 dövlət nömrə nişanlı avtomobillə Südeyf Qasımovun idarə etdiyi “VAZ-21011” markalı, 10 BO 028 dövlət nömrə nişanlı maşın toqquşub. Bundan sonra “VAZ-21011” markalı maşın yaxınlıqdakı piyadanı vuraraq, ağaca çırpılıb. Nəticədə X. Həbibov və piyada, Lənkəran şəhər sakini, 44 yaşlı Mirzə Nəcəfov xəsarət alıblar. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR