Bank Of Baku

Ötən il Lənkəranda baş verən 32 yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər ölüb

Ötən il Lənkəranda baş verən 32 yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər ölüb
# 11 fevral 2008 08:43 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev-APA. 2007-ci ildə Lənkəranda 32 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 23 nəfər ölüb, 38 nəfər isə yaralanıb. Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, əvvəlki illə müqayisədə 2007-ci ildə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb. Belə ki, 2006-cı ildə rayonda 30 yol-nəqliyyat hadisəsi qeydə alınıb. ŞPŞ-nin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının il ərzində keçirdikləri reydlər nəticəsində 3692 inzibati xəta qeydə alınıb, 196 sərxoş sürücü haqqında inzibati protokol tərtib edilib. Bu müddətdə sürücülər 31860 manat məbləğində cərimələnib.
Qeyd edək ki, 2007-ci ildə Lənkəran rayonu üzrə 8332 fiziki şəxs və 2600 hüquqi şəxs qismində 10932 avtomobil sahibi qeydə alınıb. Texniki baxışdan keçirilən avtomobillərin 73 faizi istifadəyə yararlı hesab olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR