Bank Of Baku

Azərbaycan Prezident Aparatı İşlər İdarəsinin sabiq müdiri cərrahiyyə əməliyyatı olunmaq üçün xaricə gedəcək

Azərbaycan Prezident Aparatı İşlər İdarəsinin sabiq müdiri cərrahiyyə əməliyyatı olunmaq üçün xaricə gedəcək
# 11 fevral 2008 10:44 (UTC +04:00)
Bu barədə APA-ya Akif Muradverdiyevin yaxınları bildirib. Məlumata görə, sabiq işlər müdiri hazırda evində müalicə olunur. O, fəqərəarası disk yırtıqlarından əziyyət çəkir. A. Muradverdiyevin yaxınları onu da bildiriblər ki, üzərində məhkumluq olduğundan, onun ölkəni tərk etməsinə lazımi qaydada icazə verilməsi üçün aidiyyəti orqanlara müraciət olunacaq.
Qeyd edək ki, bir qədər əvvəl Ali Məhkəmə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla A. Muradverdiyevin cəzasının 5 il sınaq müddəti olmaqla şərti hesab edilməsi və Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən azad olunması barədə qərar verib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünə əsasən, A. Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanan cinayət işinin istintaqı isə davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR