Bank Of Baku

Maştağada maşın piyadanı vurub

Maştağada maşın piyadanı vurub
# 11 fevral 2008 11:35 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Fevralın 11-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu Rayon Polisi İdarəsindən APA-ya verilən məlumata görə, “Juqili” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Müxtəlif dərəcəli bədən xəsarəti almış piyada Azər Rəsulov 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb və cərrahiyyə əməliyyatı olunub. Yaralının vəziyyəti ağırdır. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır və sürücünün müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR