Bank Of Baku

Havaların pisləməsinə baxmayaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qalıqlarının axtarışı davam etdirilir

Havaların pisləməsinə baxmayaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qalıqlarının axtarışı davam etdirilir
# 12 fevral 2008 08:54 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Yanvarın 29-da qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsinin qalıqlarının və pilotlarının cəsədlərinin axtarışı davam etdirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hava şəraitinin kəskin pisləşməsinə baxmayaraq, axtarış tədbirləri dayandırılmayıb. Axtarışa Müdafiə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Neft Şirkətinin qüvvələri cəlb olunub.
Qeyd edək ki, Xızı rayonunun Şurabad kəndi yaxınlığında qəzaya uğramış təyyarənin hər iki pilotu - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR