Bank Of Baku

Moskvada naməlum şəxslərin hücumuna məruz qalan iki azərbaycanlı ağır yaralanıb

Moskvada naməlum şəxslərin hücumuna məruz qalan iki azərbaycanlı ağır yaralanıb
# 12 fevral 2008 08:56 (UTC +04:00)
Moskva. Laçın Sultanova-APA. Moskvanın Şimali İzmaylovo rayonunda Parkova küçəsindəki 13 saylı binanın yaxınlığında iki azərbaycanlı hücuma məruz qalıb. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, azərbaycanlılara travmatik silahdan atəş açılıb. Nəticədə 25 yaşlı həmyerlimiz sinəsindən və sağ budundan, 31 yaşlı həmyerlimiz isə başından yaralanıb. Hər iki zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Onlar hüquq-mühafizə orqanlarına ifadələrində atəş açanları tanımadıqlarını bildiriblər. Zərərçəkmişlər naməlum şəxslərin atəş açandan sonra hadisə yerindən maşınla qaçdıqlarını deyiblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəxslərin istifadə etdiyi “VAZ-21093” markalı maşın hadisə yerinin yaxınlığından tapılıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR