Bank Of Baku

Şəkidə 50 yaşlı qadını maşın vurub

Şəkidə 50 yaşlı qadını maşın vurub
# 12 fevral 2008 10:56 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Şəkidə 50 yaşlı qadını maşın vurub. Şəki rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən axşam şəhərin mərkəzi küçələrindən birində baş verib. Rayon sakini Nəzir Həmzətov idarə etdiyi “Vaz” 21-06 markalı, 23 BB 562 dövlət nömrə nişanlı maşınla 1958-ci il təvəllüdlü, Şəki şəhər sakini Ədalət Əliyevanı vurub. Yaralı təcilli olaraq Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın reanimasiya şöbəsindən verilən məlumata görə, Ə. Əliyeva ağır kəllə beyin travması alıb və alın sümüyünün kəllə ənsəsinə birləşən hissəsi sınıb. Yaralı hazırda 3-cü dərəcəli komadadır və onun vəziyyəti ağırdır. Baş vermiş yol-qəza hadisəsi ilə bağlı Şəki RPŞ-də cinayət işi qaldırılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR