Bank Of Baku

İşıqlar söndüyü üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə proseslər təxirə salınıb

İşıqlar söndüyü üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə proseslər təxirə salınıb
# 12 fevral 2008 14:21 (UTC +04:00)
Bakı. Şəhriyar Əliyev-APA. Bu gün Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 30 ünvanında yerləşən “Bakıelektrikşəbəkə” ASC-yə məxsus TM-46 saylı yarımstansiyada qəza olub. APA-nın məlumatına görə, qəza nəticəsində ərazidəki bütün yaşayış evlərinə, idarə və müəssisələrə verilən elektrik enerjisi kəsilib. Buna görə həmin ərazidə yerləşən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə günortadan sonrakı məhkəmə prosesləri təxirə salınıb. Hazırda hadisə yerində olan “Bakıelektrikşəbəkə” əməkdaşları yarımstansiyanı təmir edirlər. Şirkət əməkdaşları qəzaya yarımstansiyasının həddən artıq yüklənməsinin səbəb olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR