Bank Of Baku

Ağdamda məcburi köçkünün evi yanıb

Ağdamda məcburi köçkünün evi yanıb
# 12 fevral 2008 16:21 (UTC +04:00)
Ağdam. Teymur Quliyev-APA. Bu gün Ağdamın məcburi köçkünlərin məskunlaşdığı Yeni Baharlı qəsəbəsində yanğın baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağdamın Yusifcanlı kəndindən məcburi köçkün olan Ziyəddin Əliyevə məxsus 305 saylı mənzildə olub. Nəticədə xəsarət alan olmasa da, üçotaqlı mənzil və içindəki əşyalar tamamilə yanıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR