Bank Of Baku

Bu gecə Azərbaycanda 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Bu gecə Azərbaycanda 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb
# 13 fevral 2008 09:19 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gecə yolların buz bağlaması nəticəsində respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Respublika Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov APA-ya bildirib ki, yol-nəqliyyat hadisələri nəticəsində 1 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb. Onun sözlərinə görə, qəzalardan 7-si Bakıda baş verib ki, nəticədə 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Ən ağır yol qəzası Əzizbəyov rayonu ərazisində qeydə alınıb. Bu ərazidə “Jiquli” markalı avtomobilin “Zil” markalı yük maşını ilə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Qəzaların 6-sı isə Yasamal rayonu ərazisində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR