Bank Of Baku

Azərbaycan paytaxtında yolların buz bağlaması nəticəsində müxtəlif dərəcəli xəsarət alanlar var

Azərbaycan paytaxtında yolların buz bağlaması nəticəsində müxtəlif dərəcəli xəsarət alanlar var
# 13 fevral 2008 09:21 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bakıda yolların buz bağlaması ilə əlaqədar müxtəlif dərəcəli xəsarət alanlar var. Kliniki Tibb Mərkəzindən APA-ya verilən məlumata görə, dünən axşamdan indiyə kimi xəstəxanaya kəllə-beyin və müxtəlif dərəcəli sınıq xəsarətləri ilə 8 nəfər müraciət edib. Məlumata görə, onlar yol-qəzalarında xəsarət alanlar və yollarda sürüşərək zədələnənlərdir. Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Respublika Travmatologiya və Ortopediya Xəstəxanasından isə APA-ya bildirilib ki, bu gün səhər sınıq diaqnozu ilə daxil olan iki xəstəyə - 74 yaşlı Gülzar Mirzəyeva və 45 yaşlı Rəsmiyyə Əliyevaya tibbi yardım göstərilib və onların hər ikisi evə buraxılıb.
Respublika Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Yasamal rayonu ərazisində 9 saylı marşrutun qəzaya uğraması nəticəsində zədə alan bir şəxs travmatologiya şöbəsinə müraciət edib. Xəstənin durumu stabildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR