Bank Of Baku

Azərbaycanın Zaqatala rayonunun Qımır kəndinə canavarlar yenidən hücum edib

Azərbaycanın Zaqatala rayonunun Qımır kəndinə canavarlar yenidən hücum edib
# 13 fevral 2008 09:49 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatalanın Qımır kəndinə bu gecə canavarlar yenidən hücum edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, kənd sakini Bəşarət Hacıyevin şəxsi təsərrüfatına hücum edən canavarlar 4 baş iribuynuzlu heyvanı parçalayıb. Kənd sakinləri vəziyyətin getdikcə gərginləşməsindən narahat olduqlarını bildiriblər: “Belə getsə, yerli əhalinin təsərrüfatında mal-qara qalmayacaq. Rayon rəhbərliyi isə qabaqlayıcı tədbirlər görmür”. Zaqatala rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə şöbə müdiri Elman Ramazanov APA-nın yerli bürosuna açıqlamasında rayonun Qımır, Makov və Talabinələr kəndlərində təsərrüfatlara vəhşi heyvanların hücum etməsi faktını təsdiqləyib. O, bunun dağlarda və meşələrdə qar örtüyünün artması ilə bağlı olduğunu söyləyib. Artıq həmin kəndlərdə yaşayan ovçulara canavarları məhv etmək üçün icazə verildiyini söyləyən şöbə müdiri bu gündən rayon hüquq-mühafizə orqanları ilə birgə vəhşi heyvanların məhv edilməsinə başlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR