Bank Of Baku

Azərbaycanda axtarışda olan “Lənkəranlı Rövşən” ləqəbli “qanuni oğru” Kiyevdə həbs olunub

Azərbaycanda axtarışda olan “Lənkəranlı Rövşən” ləqəbli “qanuni oğru” Kiyevdə həbs olunub
# 14 fevral 2008 11:48 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan Daxili İşlər Nazirliyi ağır cinayətlər törətdiyinə görə 1975-ci il təvəllüdlü, “qanuni oğru” Rövşən Canıyev haqqında beynəlxalq axtarış elan edib. Ukrayna Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin mətbuat xidmətinin rəhbəri Yelena Melnik saxlanan şəxs barəsində həbs-qətimkan tədbiri seçildiyini deyib. Onun sözlərinə görə, “Lənkəranlı Rövşən” yanvarın 30-da Moskvadan Kiyevə gəlib, bir neçə gün sonra isə əməliyyatçılar onu həbs etməyə müvəffəq olublar. Hazırda saxlanan şəxsin ekstradisiyası ilə bağlı prosedur məsələlər həll olunmaqdadır. Rusiya mətbuatının yazdığına görə, 2006-cı ilin aprelində “Sabirabadlı Hikmət” ləqəbi ilə tanınan “qanuni oğru” Hikmət Muxtarovun ölümündən sonra “Lənkəranlı Rövşən” bir neçə avtoritetlə birlikdə Moskvadakı Azərbaycan diasporunun gizli biznesinə nəzarət edirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR