Bank Of Baku

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi: “Güclü külək qəzaya uğramış “MiQ-29” təyyarəsinin qalıqlarının və pilotlarının yerlərinin dəyişməsinə səbəb ola bilər”

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi: “Güclü külək qəzaya uğramış “MiQ-29” təyyarəsinin qalıqlarının və pilotlarının yerlərinin dəyişməsinə səbəb ola bilər”
# 14 fevral 2008 12:38 (UTC +04:00)
Astara. Ağaddin Babayev-APA. Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər dənizi üzərində qəzaya uğramış “MiQ-29” markalı döyüş təyyarəsinin qalıqlarının və pilotların axtarışı davam edir. APA-nın cənub bürosunun məlumatına görə, bunu jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev deyib. DSX rəisi bildirib ki, axtarışların uzanmasının səbəbi hava şəraitinin qeyri-sabit olması ilə bağlıdır: “Güclü külək təyyarənin qalıqlarının və pilotların yerlərinin dəyişməsinə səbəb ola bilər”.
Qeyd edək ki, yanvarın 29-da Xızı rayonunun Şurabad kəndi yaxınlığında qəzaya uğramış təyyarənin hər iki pilotu Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Axtarışlara Müdafiə Nazirliyi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Sərhəd Qoşunları və Dövlət Neft Şirkətinin gəmiləri də cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR