Bank Of Baku

Azərbaycanlı gəncin qətlə yetirilməsi ilə bağlı soydaşlarımız sabah Strasburqda nümayiş keçirəcəklər

Azərbaycanlı gəncin qətlə yetirilməsi ilə bağlı soydaşlarımız sabah Strasburqda nümayiş keçirəcəklər
# 15 fevral 2008 16:34 (UTC +04:00)
Lakin son günlər kürdlər şəhərdə ardıcıl kütləvi aksiyalar keçirdiyindən, polis bu gün aksiyaya icazə verməyib. Bununla belə, yeni yaradılmış “Orxanın Ailəsinə Yardım Komitəsi”nin təşkilatçılığı ilə sabah Strasburqda nümayiş keçirilməsi üçün polisdən icazə alınıb. Aksiya sabah yerli vaxtla saat 17.00-da Strasburqun mərkəzi meydanlarından olan "Place Etoile"-də keçiriləcək.
Bundan əlavə, Strasburq Baş Polis İdarəsindən APA-nın yerli bürosuna bildirilib ki, cinayət işi artıq Strasburq Prokurorluğuna göndərilib. Strasburq prokurorunun müavini, xanım Brinol isə işin dövlət hakiminə verildiyini deyib. Xanım Brinol əlavə edib ki, məhkəmə prosesi açıq keçiriləcək, təqribən 1 və ya 2 ildən sonra başlayacaq. O, prosesin belə gec başlamasını işin qətl hadisəsi olması, hadisənin ağırlığı ilə izah edib: “İndi prosesə hazırlıq gedir. Məhkəmənin lazımi qaydada keçməsi, ədalətli qərar çıxarılması üçün tərəflər işlə əlaqədar bütün vacib elementləri toplayırlar”.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü O. Ağayev tramvayda düşən mübahisə zəminində boğaz nahiyəsindən bıçaqlanaraq öldürülüb. Mübahisənin mobil telefon üstündə düşdüyü ehtimal olunur. O. Ağayevi qətlə yetirən şəxs polisə könüllü təslim olub. Qatilin adı açıqlanmasa da, onun 29 yaşlı yerli sakin olduğu bildirilir. Əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş bu şəxsin polislə münasibətlərində daim problemlər müşahidə edildiyi barədə məlumatlar var.
Onu da əlavə edək ki, O. Ağayevin atası Əliheydər Ağayev Strasburqda fəaliyyət göstərən “Bakı gecələri” restoranının sahibidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR