Bank Of Baku

Azərbaycan paytaxtında ölümlə nəticələnən yol qəzaları baş verib

Azərbaycan paytaxtında ölümlə nəticələnən yol qəzaları baş verib
# 16 fevral 2008 11:26 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Fevralın 15-də saat 10.00 radələrində Sabunçu rayonundakı Məmmədəliyev küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Leyla Yusifazadə vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə L. Yusifzadə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən "VAZ-2106" markalı avtomaşının sürücüsü, Bakıxanov qəsəbə sakini Gündüz Nəsirov tutulub. Sabunçu RPİ faktla bağlı tərəfindən araşdırmalar aparılır.
Elə həmin gün saat 21.00 radələrində Nərimanov rayonundakı N. Hüsübəyli küçəsində İmişli rayon sakini Ramin Əliyevin idarə etdiyi "Mitsubishi" və Bakı şəhər sakini Sevda Daşdəmirovanın idarə etdiyi "Opel" markalı avtomaşınlar toqquşub. Nəticədə “Opel”in xəsarət alan sərnişini, Bakı şəhər sakini Mətanət Əfəndiyeva xəstəxanaya aparılarkən yolda ölüb. Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.
Fevralın 16-da saat 02.40 radələrində isə Abşeron rayonundakı Məmmədi kəndində Ağsu rayon sakini Cavid Kərimov idarə etdiyi "Tofaş" markalı avtomaşınla 60-70 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb. Abşeron rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR