Bank Of Baku

Azərbaycan paytaxtındakı ruhi-əsəb xəstəxanasında qətl hadisəsi baş verib

Azərbaycan paytaxtındakı ruhi-əsəb xəstəxanasında qətl hadisəsi baş verib
# 16 fevral 2008 11:52 (UTC +04:00)
Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov isə APA-ya bildirib ki, C. Babayev və R. Hüseynov qətli R. Qəhrəmanov onların almasını, siqaretini və digər əşyalarını oğurladığı üçün törətdiklərini söyləyiblər. Baş həkimin sözlərinə görə, bu hadisə törədilənə qədər xəstələr arasında ciddi insidentin olması barədə onlara məlumat daxil olmayıb. A. Rəsulov ölüm hadisəsinin fevralın 6-dan 7-nə keçən gecə xəstəxanada baş vermiş insidentlə əlaqəsi olmadığını, faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işinin başlandığını deyib.
Qeyd edək ki, fevralın 6-dan 7-nə keçən gecə Səhiyyə Nazirliyinin Maştağada yerləşən 1 saylı Psixiatriya Xəstəxanasında daim söyüş söyən xəstələrdən biri bu hərəkəti yenə də təkrar edəndə iki xəstə onunla əlbəyaxa olmuşdu. Xəstələri sakitləşdirmək üçün hadisə yerinə Sabunçu rayon Polis şöbəsinin əməkdaşları çağırılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR