Bank Of Baku

Lənkəranın Bürcəli kəndində yanğın baş verib

Lənkəranın Bürcəli kəndində yanğın baş verib
# 17 fevral 2008 09:13 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev-APA. Dünən gecə saat 00:00 radələrində Lənkəranda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, yanğın rayonun Bürcəli kənd sakini, 1939-cu il təvəllüdlü Valentina İvanovna Prudnikovaya məxsus 1 mərtəbəli 2 otaqlı evdə qeydə alınıb. Evdə heç kim olmadığından, yanğın zamanı xəsarət alan olmayıb. Yanğından xəbər tutan qonşular dərhal bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Dövlət Yanğından Mühafizə Xidmətinə (DYMX) məlumat veriblər. DYMX-nin iki yanğınsöndürən maşını hadisə yerinə gələrək, yanğının qonşu evlərə keçməsinin qarşısını ala bilib. Şahidlərin sözlərinə görə, hadisəyə elektrik xətlərində baş verən qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR