Bank Of Baku

Xəzər dənizində qəzaya uğramış hərbi təyyarə və pilotlardan birinin cəsədi tapılıb

Xəzər dənizində qəzaya uğramış hərbi təyyarə və pilotlardan birinin cəsədi tapılıb
# 17 fevral 2008 13:53 (UTC +04:00)
Artıq təyyarənin sualtı çəkilişi aparılıb və hadisə rayonuna dalğıclar, həmçinin ağır texnika cəlb olunub. Qəza ərazisində pilotlardan birinin cəsədi də müəyyənləşdirilərək, onun çıxarılması prosesinə başlanılıb. Nazirlikdən onu da bildiriblər ki, artıq əraziyə gətirilmiş ağır texnika təyyarənin özünün və fraqmentlərinin qaldırılması ilə məşğul olur.
Qeyd edək ki, bu il yanvarın 29-da Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsi Xəzər dənizi üzərində təlim uçuşu keçirərkən qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin pilotları Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR