Bank Of Baku

Azərbaycanın Xaçmaz rayonunda dörd uşaq anası özünü öldürüb

Azərbaycanın Xaçmaz rayonunda dörd uşaq anası özünü öldürüb
# 18 fevral 2008 09:02 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva-APA. Xaçmazda iki intihar hadisəsi qeydə alınıb. Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumatına görə, Xaçmaz şəhər sakini, 47 yaşlı Zərnigar Məmmədova yaşadığı evdə özünü yandırıb. Nəticədə ağır yanıq xəsarəti almış Z. Məmmədova yerləşdirildiyi xəstəxanada keçinib. 4 uşaq anası Z. Məmmədovanın ailə münaqişəsi zəminində həyatına qəsd etdiyi bildirilir. Rayonun Çarxı kənd sakini, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Əsgər Əsgərov isə özünü yaşadığı evin tavanından asıb. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR