Bank Of Baku

Qubadakı kütləvi məzarlıqdan tapılan insan kəllələrinin sayı 171-ə çatıb

Qubadakı kütləvi məzarlıqdan tapılan insan kəllələrinin sayı 171-ə çatıb
# 01 may 2008 13:04 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova Qubadakı kütləvi məzarlığa baş çəkiblər. Ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayevin APA-ya verdiyi məlumata görə, kütləvi məzarlıqda açıq muzeyin yaradılması ilə bağlı təkliflər müzakirə olunub: “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində yaranan bu məzarlıqda muzeyin yaradılması ilə bağlı arayış hazırlayırıq. Bu arayış bizim institutun Elmi Şurasında müzakirə olunacaq və Ombudsman Aparatına təqdim ediləcək. Ombudsman da Qubadakı kütləvi məzarlıqda muzeyin yaradılması ilə bağlı Azərbaycan prezidentinə müraciət edəcək”. Q. Ağayevin sözlərinə görə, ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində daha dörd insan kəlləsi aşkar edilib: “Bunlar yaşlı insan sümükləridir. Beləliklə, son məlumata görə, Quba məzarlığında aşkar edilən insan kəllələrinin sayı 171 olub. İndi bizim əsas məqsədimiz ərazidə aparılan arxeoloji qazıntıları genişləndirmək və bu sahəni müvafiq qurumlara təhvil verməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR