Bank Of Baku

Rusiya Xalqlar Dostluğu Universitetində azərbaycanlı və erməni tələbələr arasında dava düşüb

Rusiya Xalqlar Dostluğu Universitetində azərbaycanlı və erməni tələbələr arasında dava düşüb
# 02 may 2008 09:42 (UTC +04:00)
Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival zamanı müxtəlif ölkələrin təmsilçiləri öz mədəniyyətlərini nümayiş etdirən çıxışlar ediblər. Erməni tələbə səhnəyə çıxıb mahnı oxuyan zaman azərbaycanlı tələbələr bu mahnının Azərbaycan mahnısı olduğunu bildirib və “Azərbaycan, Azərbaycan” şüarları səsləndirərək, milli bayrağımızı dalğalandırmağa başlayıblar. Ermənilər də öz ölkələrinin adını qışqırmağa başlayıb və nəticədə tələbələr arasında dava düşüb. Hadisə yerinə çağırılan hüquq-mühafizə orqanlarının əməkdaşları insidentin kütləvi toqquşmaya çevrilməsinin qarşısını almaq üçün dalaşan tələbələri ərazidən uzaqlaşdırıb. Universitet rəhbərliyi azərbaycanlı və erməni tələbələri sakitləşməyə və festivalın işini davam etdirməyə çağırıb. Lakin tələbələr bir-birinin ünvanına təhqiramiz fikirlər səsləndirməkdə davam ediblər. Mətbuat xidmətindən bildiriblər ki, son nəticədə universitet rəhbərliyi festivalı yarımçıq dayandırmaq məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR