Bank Of Baku

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib
# 02 may 2008 10:48 (UTC +04:00)
İmişli. Məhbubə Qasımbəyli - APA. Bu gecə saat 00.05 radələrində İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon sakini Natiq Ağacanlının idarə etdiyi “Hyundai” markalı və Füzuli rayon sakini Füqan Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomaşınlar toqquşub. Nəticədə "VAZ-21011" markalı avtomaşının sərnişini İlham Qəhrəmanov hadisə yerində ölüb, onun oğlu Elnur Qəhrəmanov və F. Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı İmişli RPŞ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR