Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub
# 26 mart 2021 01:22 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ağa Nemətullah küçəsində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Məhbubə Vəhab qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR