Bank Of Baku

"Ağ şəhər"də ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb, 2 nəfər saxlanılıb

"Ağ şəhər"də ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb, 2 nəfər saxlanılıb
# 03 fevral 2026 13:30 (UTC +04:00)

Bakıda "Ağ şəhər" ərazisində ağac kəsilməsi faktı üzrə cinayət işi açılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, ağac kəsilməsi faktı üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Aidiyyəti üzrə ekspertizalar təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR