Bank Of Baku

Ağstafada ötən il evə basqın edən maskalı şəxslər tutulub

Ağstafada ötən il evə basqın edən maskalı şəxslər tutulub
# 15 fevral 2023 11:51 (UTC +04:00)

Ağstafa Rayon Polis Şöbəsinə ötən il dekabrın 18-də şəhər ərazisindəki evlərin birinə girən maskalı 2 nəfərin ev sahibəsini bıçaqla hədələyərək 250 manat pulunu, qızıl üzüyünü və sırğasını quldurluq yolu ilə talamaları barədə daxil olan məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci maddəsi (Quldurluq) ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Pərviz Yolçuyev və Ümid Zeynalov müəyyən olunaraq saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR