Bank Of Baku

Astarada çaylar daşıb, bir neçə körpünü sel aparıb - VİDEO - YENİLƏNİB

Astarada çaylar daşıb, bir neçə körpünü sel aparıb - VİDEO  - YENİLƏNİB
# 18 sentyabr 2023 14:15 (UTC +04:00)

Astarada Ərçivançayın daşması nəticəsində 200-ə yaxın evin həyətyanı sahəsinə sel suları dolub.

Astara rayon İcra Hakimiyyətinin Ərçivan qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Rüfət Əsədullayev APA-ya bildirib ki, qəsəbənin Şəhid Baba Qasımov, Qurtuluş, Azadlıq, Sahib Kələntərov və Bəxtiyar Əliyev küçələri daha çox sel suları ilə dolub. Bəzi yerlərdə suyun səviyyəsi 1,50 sm-ə kimi qalxıb. İlkin mərhələdə 170 ailəyə ziyan dəyməsi barədə İH-nə məlumat daxil olub.

40-a yaxın ailə FHN-nin xilasediciləri tərəfindən evlərindən təxliyə olunub. Hazırda görülən tədbirlər nəticəsində bəzi həyətlərdə suyun enməsi müşahidə olunur.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin idarə rəisi Araz Hüseynov APA-ya bildirib ki, nazirliyin "qaynar xətt”inə məlumat daxil olan kimi, idarənin Mülkü Müdafiə, Xüsusi Riskli xilasetmə qüvvələri, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə dəstələri, eləcə də yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi ərazilərə cəlb olunub: "Hazırda, ərazilərə cəlb olunan qüvvələr Astara rayonunun Ərçivan, Maşxan kəndlərində və Lənkəran rayonunun Sütəmurdov kəndində həyətyanı sahələrindən suların çəkilməsi, eləcə də evlərdə köməksiz vəziyyətdə qalan şəxslərin təxliyəsini həyata keçirir. Bu saata kimi təkcə Ərçivan qəsəbəsinin şəhid Baba Qasımov küçəsində, evlərində köməksiz vəziyyətdə qalan 27 nəfər sakin təxliyə olunub".

***

09.31

Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.

APA-nın Cənub bürosunun məlumatına görə, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.

Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

Astaranın Vaqo kəndi ərazisində körpünü sel suları uçurub. Nəticədə 16 kəndlə əlaqə kəsilib.

Üləsi kəndində güclü yağış səbəbindən torpaq sürüşməsi baş verib.

Kənddə qaz, elektrik, internet xətləri sıradan çıxıb.

Hazırda bölgədə intensiv yağış davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR