İşğaldan azad edilmiş ərazilərdə ötən il 314 yanğın hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, 2022-ci ildə ümumilikdə respublika ərazisində 16 400, Bakıda isə 4400 yanğın olub.
Onlardan 11 yanğın yüksək çağırışla olub və söndürülüb.