Bank Of Baku

Azad edilmiş ərazilərə qanunsuz daxil olan iki nəfər həbs edilib

Azad edilmiş ərazilərə qanunsuz daxil olan iki nəfər həbs edilib
# 20 fevral 2023 15:03 (UTC +04:00)

Mina və digər partlayıcı vasitələrdən təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub. Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Onların hər biri 20 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR