Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisində qeydə alınıb. Əks istiqamətə çıxan 2 yük avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.