Bank Of Baku

Bakıda 7 kq narkotik dövriyyədən çıxarılıb, 23 nəfər tutulub

Bakıda 7 kq narkotik dövriyyədən çıxarılıb, 23 nəfər tutulub
# 06 oktyabr 2023 11:02 (UTC +04:00)

Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının sentyabr ayı ərzində həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 41, satışının təşkil edilməsi ilə əlaqəli 4 fakt aşkar edilib. Qeyd edilən cinayətlərdə şübhəli bilinən ümumilikdə 23 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib. Onlardan 5 kiloqram narkotik vasitə heroin, həmçinin 2 kiloqrama matemfetamin və marixuana aşkar edilib. Saxlanılanlar narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR