Bakıda avtomobil aşıb, xəsarət alanlar var - FOTO

Bakıda avtomobil aşıb, xəsarət alanlar var - FOTO
# 26 fevral 2024 05:32 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Mitsubishi” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib.

Maşın əvvəlcə yolayrıcındakı işıq dirəyinə dəyib.

Zərbənin təsirindən avtomobil bir neçə dövrə vuraraq aşıb.

Qəza nəticəsində sürücü və sərnişin ağır xəsarət alıb.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR