Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.
FHN-dən APA-ya verilən məlumata görə, ümumi sahəsi 150 m² olan 2 boksdan ibarət avtomobil təmiri sexində 1 ədəd divan və taxta qırıntıları yanıb. Sexin qalan hissəsi və içərisində olan 2 ədəd avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Aysel Şahmar