Bakının Binəqədi rayonunda yol qəzası qeydə alınıb.
APA xəbər verir ki, qəza Biləcəri qəsəbəsində baş verib.
Belə ki, Xurşidbanu Natəvan küçəsində yolun əks tərəfinə keçmək istəyən 1999-cu il təvəllüdlü Salmanov Nizami Əli oğlunu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.