Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda iki avtomobil toqquşub, ölən var
# 04 sentyabr 2021 13:36 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Pirallahı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri N.Qasımovun idarə etdiyi “Mercedes” və Fərman Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində F.Məmmədov hadisə yerində ölüb, N.Qasımovun 3 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR