Bakının Səbail rayonunda iki minik avtomobili toqquşub.
APA xəbər verir ki, qəza Neftçilər prospektində qeydə alınıb.
Hümbət Əliyev idarəetməsində olan “Chevrolet” markalı maşınla eyni istiqamətdə olan “Changan” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə “Chevrolet”in sərnişini xəsarət alıb.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Avtotexniki ekspertiza təyin edilib.