Bank Of Baku

Bakıda motosiklet ilə avtomobil toqquşub, xəsarət alan var

Bakıda motosiklet ilə avtomobil toqquşub, xəsarət alan var
# 15 fevral 2023 07:23 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Zaur Nudirəliyev küçəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Qasımov Rəhim İlqar oğlu idarə etdiyi motosikletlə hərəkətdə olan zaman “Nissan” markalı minik avtomobili onu vurub.

Motosikletin sürücüsü xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR