Bank Of Baku

Bakıda silahlı insidentə görə tutulan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda silahlı insidentə görə tutulan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib
# 13 mart 2023 11:18 (UTC +04:00)

Bakının Nəsimi rayonunda bir neçə gün əvvəl baş verən silahlı insidentəbağlı saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Nərimanov Rayon Məhkəməsində baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən, həmin şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə iki gün əvvəl-martın 10-da Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

Silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov güllə yarası alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR