Bank Of Baku

Bakıda soyuducu təmiri sexində yanğın olub

Bakıda soyuducu təmiri sexində yanğın olub
# 01 oktyabr 2023 08:36 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 360 m² olan birmərtəbəli soyuducu təmiri sexində sahəsi 20 m² olan mətbəx və ofis otağının yanar konstruksiyaları yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən sexin içərisində hər birinin həcmi 5 litr olan 3 ədəd freon, 1 ədəd həcmi 20 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.

Sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR