Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.