Bank Of Baku

Bakıda usta təmir sexindən “Lexus” qaçırıb

Bakıda usta təmir sexindən “Lexus” qaçırıb
# 16 fevral 2023 11:39 (UTC +04:00)

Paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Lexus” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexdə usta işləyən Bakı şəhər sakini Qurban Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR