Bakı şəhərinin Xətai rayonunda üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 4 m² sahədə və tavan 6 m² sahədə yanıb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
FHN-nin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.