Bank Of Baku

Bakıda yaşayış binasında yanğın söndürülüb, 6 nəfər təxliyə olunub - YENİLƏNİB-1 - VİDEO

Bakıda yaşayış binasında yanğın söndürülüb, 6 nəfər təxliyə olunub - YENİLƏNİB-1  - VİDEO
# 13 mart 2023 13:17 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, S.S.Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının və eyvanının yanar konstruksiyaları 26 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin tavan örtüyü 7 m² sahədə əriyib. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

11.34

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə baş verən yanğının qarşısı alınıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, FHN-in “112” qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

İlkin məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində 2 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın qısa vaxtda yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

11.21

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR