Bakıda yataqxanada yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının altıncı mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və giriş kabeli 1 p.m yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.