Bank Of Baku

Bakıda yolun hərəkət hissəsinə təkər atan şəxslər saxlanılıb - FOTO

Bakıda yolun hərəkət hissəsinə təkər atan şəxslər saxlanılıb - FOTO
# 05 oktyabr 2023 08:52 (UTC +04:00)

Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR