Bank Of Baku

Bakıda yüksək sürətlə hərəkət edən avtomobil işıqforu aşırıb - FOTO

Bakıda yüksək sürətlə hərəkət edən avtomobil işıqforu aşırıb - FOTO
# 05 oktyabr 2023 04:20 (UTC +04:00)

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Neapol küçəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edərək idarəetməni itirən "Hyundai" markalı minik avtomobilinin sürücüsü maşını işıqfora çırpıb.

Piyada səkisinin üzərinə çıxan avtomobil işıqforu yerindən qoparıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü hadisədən sonra qəza yerini tərk edib.

Yol infrastrukturuna ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR