Bakıda Azadlıq prospekti 18 ünvanında baş verən yanğın söndürülüb.
Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.
Alovun binada yerləşən mənzillərə keçməsinin qarşısı alınıb.
***
01.45
Bakıda yanğın baş verən binaya elektrik, qaz və su verilişi dayandırılıb.
Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.
***
01.32
Azadlıq prospekti 18 ünvanında yanğın baş verib.
APA-nın xəbərinə görə, binanın girişindəki məişət tullatıları konteynerində başlayan yanğın elektrik kabellərinə keçib. Yanğın nəticəsində su boruları partlayaraq həyətə girişi məhdudlaşdırıb.
***
01.09
Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Dilarə Əliyevə küçəsinin kəsişməsində yerləşən yaşayış binasında başlayıb.
Hadisə yerində FHN-in yanğınsöndürən komandası işləyir.